1-ci Magistr Online Sinaq İmtahanı




PRESTİJ-S TƏDRİS MƏRKƏZİ Online Magistr Sınaq İmtahanı təşkil edir.




  Azərbaycanda ilk dəfə təşəbbüs olunan bu layihə tələbələrin magistr proqramı və testləri ilə tanış olması və asudə vaxtlarını səmərəli keçirmə məqsədi daşıyır.

   İmtahanda TQDK proqram və normalına tam uyğun test tapşırıqlarından istifadə edilib. Hər fəndən 5 açıq tipli sualın olduğu imtahan 2,5 saat davam edir.

   İmtahana qeydiyyat tam ödənişsizdir və yalnız qeydiyyatdan keçmiş tələbələr imtahanda iştirak edə bilər. Qeydiyyat 3 avqust saat 20:00-da tamamlanır.

   İmtahan 4 avqust saat 20:00-da başlayacaq. İmtahana bir neçə saat qalmış qeydiyyatdan keçmiş iştirakçılara sosial şəbəkələr və əlaqə nömrələri vasitəsilə mütəmadi bildirişlər göndəriləcək.

   Saat 22:30-dan sonra sistemə gələn cavablar qəbul olunmayacaq. Yalnız texniki səbəblərə görə sistem gecikmə aşkar edərsə müəyyən güzəşt oluna bilər.

   Qalib tələbəmiz (ən yüksək bal toplayan) istədiyi PRESTİJ-S nəşrindən (Məntiq, İnformatika, İngilis dili, Rus dili) birinə sahib olacaq. 

   İlk imtahan üçün simvolik olan hədiyyəmiz imtahana maraq səviyyəsindən asılı olaraq növbəti Online İmtahanlarda böyüyə bilər.

  İmtahanın cavabları 3 gün içində sosial şəbəkələrdə və saytımızda ictimayətlə paylaşılacaq. İştirakçılar və iştirakçı olmayanlar istədikləri test tapşırıqlarının izahını Facebook Müzakirə Qrupumuzda tapa biləcək.


   Hamıya uğurlar!




  Sizi maraqlandıran sualları bu ünvana yaza bilərsiz.

0 yorum:

Yorum Gönder